Gəncədə ağır qəza, 4 nəfər xəsarət aldı - FOTO

Gəncədə ağır qəza, 4 nəfər xəsarət aldı - FOTO

Hazırda oxunan: Gəncədə ağır qəza, 4 nəfər xəsarət aldı - FOTO

51147

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 

M.Ş.Vazeh küçəsi ilə hərəkətdə olan 20-DP-436 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobillə "Nissan" markalı minik maşınları toqquşub. 

Nəticədə VAZ 2107-nın sürücüsü 1988-ci il təvəllüdlü Bağırov Oqtay Əlisahib oğlu və sərnişinləri 1988-ci il təvəllüdlü Əsgərov Pərviz Abutalıb oğlu, 1998-ci il təvəllüdlü Mahmudova Leyla Akif qızı, 1988-ci il təvəllüdlü Allahverdiyeva Aynur Telman qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO