Azərbaycanda bu il 1 milyon tondan çox kartof yığılıb

Azərbaycanda bu il 1 milyon tondan çox kartof yığılıb

Hazırda oxunan: Azərbaycanda bu il 1 milyon tondan çox kartof yığılıb

0:00
0:00
51095

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 039,3 min ton kartof istehsal olunub.

Bizim.Media-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,4% artıb.

Hesabat dövründə ölkədə 56,1 min hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,4% azdır.

Bununla yanaşı, cari ilin 11 ayında kartof yığımında məhsuldarlıq 185 sentner təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisindən 7 sentner və ya 3,9% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO