ABŞ-dakı aksiyada Trampın tərəfdarları xəsarət alıb

ABŞ-dakı aksiyada Trampın tərəfdarları xəsarət alıb

Hazırda oxunan: ABŞ-dakı aksiyada Trampın tərəfdarları xəsarət alıb

5107

ABŞ-ın Vaşinqton ştatının Olimpiya şəhərində keçirilən etiraz aksiyası zamanı atışma olub.

Bizim.Media xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Qeyd edilir ki, ABŞ prezidenti Donald Trampın tərəfdarları ilə rəqibləri arasında toqquşmalar baş verib. Atışmadan sonra bir şübhəli şəxs saxlanılıb. Hadisə zamanı Trampın iki tərəfdarı xəsarət alıb.

Məlumata görə, atışmada iştirak edən hər iki qrup yaxşı silahlanıb. Olimpiyada gün ərzində bir neçə toqquşma baş verib, lakin qarşıdurmalar kiçik miqyaslı olub.

Qeyd edək ki, Trampın tərəfdarları öz namizədlərinin yenidən prezident seçilməsi uğrunda mübarizə aparırlar, onlar hesab edirlər ki, seçkilərin nəticələri Co Bayden tərəfindən oğurlanıb.(report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO