Həbsdəki oğluna 5 telefon vermək istəyən ata saxlanıldı

Həbsdəki oğluna 5 telefon vermək istəyən ata saxlanıldı

Hazırda oxunan: Həbsdəki oğluna 5 telefon vermək istəyən ata saxlanıldı

51063

Bakıda ata həbsdə olan oğluna beş ədəd mobil telefon keçirmək istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.

Bildirilirb ki, Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Məmməd Mehdi oğlu Məmmədovla görüşə gəlmiş atası, Bakı şəhər sakini Mehdi Məmməd oğlu Məmmədov oğluna beş ədəd mobil telefon aparatlarını ötürməyə cəhd edib.

Təcridxana əməkdaşlarının sayıqlığı nəticəsində mobil telefon aparatları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO