"Qaraheybət" şəhidlərinin 14 övladı himayəyə götürüldü

Hazırda oxunan: "Qaraheybət" şəhidlərinin 14 övladı himayəyə götürüldü

0:00
0:00
51004

Dekabrın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə “AHİK-in IV Məclisinin çağırılması haqqında”, AHİK-in Məclisinin tərkibində dəyişikliklər edilməsi barədə”, “Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbi qulluqçuların övladlarının himayəyə götürülməsi və şəhid ailələrinə birdəfəlik yardım göstərilməsi haqqında” və digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Helikopter qəzasında yaralanan hərbçilərimizin SON DURUMU


Qeyd olunub ki, bu il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçunun şəhid olması xəbəri hamımızı dərindən kədərləndirdi.

Onların da ailələrinin sosial problemlərinin həllinə kömək göstərilməsi nəzərdə tutulub.

İclasda DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş 8 hərbi qulluqçunun 14 azyaşlı övladının himayəyə götürülməsi və onların hər birinə 18 yaşına çatana kimi ayda 100 manat maddi yardım göstərilməsi barədə qərar qəbul olunub.

Həmçinin qərarda qəzada həlak olan 6 hərbi qulluqçunun hər birinin ailəsinə 1 000 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO