Lənkəranda naməlum əşyanın partlaması nəticəsində 10 yaşlı uşaq xəsarət alıb.
Bizim.Media-nın məlumata görə, hadisə rayonun Gəgiran kəndində qeydə alınıb.
İlkin məlumata görə, 2011-ci il təvəllüdlü Şəhriyar Məhərrəmzadə naməlum əşya ilə oynayan zaman partlayış baş verib.
Nəticədə sol ayağından xəsarət alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:29 / 15.12.2021
Lənkəranda naməlum əşya partladı, 10 yaşlı uşaq yaralandı
Hazırda oxunan: Lənkəranda naməlum əşya partladı, 10 yaşlı uşaq yaralandı
Hazırda oxunan: Lənkəranda naməlum əşya partladı, 10 yaşlı uşaq yaralandı
0:00
0:00
50789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.