Sahibə Qafarova Azərbaycan mediasından danışdı

Sahibə Qafarova Azərbaycan mediasından danışdı

Hazırda oxunan: Sahibə Qafarova Azərbaycan mediasından danışdı

50645

“Hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malik institutlardan biridir. Təbii ki, demokratik dövlətlər bu institutun inkişafına böyük əhəmiyyət verir. Azərbaycanda da geniş dövlət dəstəyi və qayğısı ilə əhatə olunan mediamız son illərdə böyük inkişaf yolu keçib. Əminliklə deyə bilərik ki, Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və ölkəmizin inkişafına özünəməxsus töhfələr verir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Sahibə Qafarova parlamentin plenar iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O, bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan mediasının göstərdiyi vətənpərvərlik və peşəkarlıq örnəyini təqdir edirik: 

“Yaxşı bilirik ki, Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya müharibəsində də parlaq qələbə qazanıb.
Cənab Prezidentin hər gün xarici media orqanlarına müsahibələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynadı. Hesab edirəm ki, mediamız da informasiya müharibəsində böyük qələbəmiz naminə öz töhfəsini verib. Yeni qanunun qəbulu isə mediamızın daha da inkişafına, mediaya dövlət dəstəyinin daha da güclənməsinə imkan verəcəkdir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO