Ata-oğulu bıçaqlayan şəxs tutuldu

Ata-oğulu bıçaqlayan şəxs tutuldu

Hazırda oxunan: Ata-oğulu bıçaqlayan şəxs tutuldu

50624

Xaçmaz rayonunda ata-oğulu bıçaqlayan şəxs saxlanılıb.

Bizim Media-nın məlumatına görə, Xaçmaz şəhər sakini, 22 yaşlı Nəriman Rauf oğlu Əsədov ailə münaqişəsi zəminində xalası oğlu Kamran Süleymanovu bıçaqlayıb.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ata-oğul bıçaqlandı

Hadisə Süleymanovların Xaçmaz şəhərinin İzmailovka yaşayış massivində - Salatın Əsgərova küçəsindəki evlərinin həyətində baş verib.

Əvvəl xalası oğluna bıçaqla xəsarət yetirən Nəriman Əsədov onları aralamaq istəyən xalasının əri Beykəs Süleymanova da zərbələr endirib. 

Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO