Azərbaycanda bu il 74,2 min nəfər işlə təmin edilib – RƏSMİ

Azərbaycanda bu il 74,2 min nəfər işlə təmin edilib – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda bu il 74,2 min nəfər işlə təmin edilib – RƏSMİ

50601

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 11 ayında 74 203 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, özünüməşğulluq proqramının icrası işləri də davam etdirilir.

Yanvar-noyabr aylarında 14 200 nəfər proqrama cəlb edilib. Onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılır.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 413 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 1410 nəfər isə peşəyönümü məsləhəti xidmətlərinə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO