Bakıda “Made in Uzbekistan” milli sərgisinə start verildi - FOTO

Bakıda “Made in Uzbekistan” milli sərgisinə start verildi - FOTO

Hazırda oxunan: Bakıda “Made in Uzbekistan” milli sərgisinə start verildi - FOTO

0:00
0:00
50600

15-17 dekabr tarixlərində Xətai rayonu, Xəqani Rüstəmov küçəsi 4 ünvanında yerləşən “Baku Marriott Hotel Boulevard” otelində “Made in Uzbekistan” universal Özbəkistan məhsulları sərgisinin rəsmi açılışı baş tutacaq. 

Bizim.Media xəbər verir ki, Özbəkistan Respublikasının İnvestisiyalar və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi agentliyi Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə ənənəvi olaraq “Made in Uzbekistan” brendi altında milli pavilyon təşkil edir.

Pavilyonda Özbəkistanın 80-dən artıq tekstil, dəri və ayaqqabı, ipək, qida, kimya, elektrotexnika, əczaçılıq, metallurgiya, tikinti, mebel və maşınqayırma sənayesi istehsalçıları təmsil olunacaq.

Bununla yanaşı, özbək xalqının şərab mədəniyyəti, turizm potensialı və xalq tətbiqi sənət nümunələri təqdim olunacaq. 

Azərbaycanda dövlət səviyyəsində iki ölkə arasında ticari-iqtisadi əlaqələrin effektiv inkişafı üçün vacib amil kimi keyfiyyətli Özbəkistan məhsullarının çoxsənayeli sərgilərinin təşkilinə xüsusi əhəmiyyət verilir. 

Sərginin əsas məqsədi Özbəkistanın istehsal potensialı ilə geniş tanışlıq, Özbəkistan məhsullarının təbliği və Özbəkistan və Azərbaycan işgüzar dairələri arasında əlaqələrin inkişaf etdirilməsindən ibarətdir. 

İştirakçıların qarşısına qoyduğu vəzifələri məhsuldar şəkildə yerinə yetirməsi üçün işgüzar görüşlər, təqdimatlar, mətbuat konfransları və digər tədbirlər keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO