Azərbaycandakı siyasi partiyaların nə qədər üzvü var? - ARAŞDIRMA

Azərbaycandakı siyasi partiyaların nə qədər üzvü var? - ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycandakı siyasi partiyaların nə qədər üzvü var? - ARAŞDIRMA

50472

Azərbaycanda xeyli sayda siyasi partiya fəaliyyət göstərsə də, onlardan 58-i rəsmi dövlət qeydiyyatındadır. Ölkəmizdə siyasi partiyaların bir çoxu ictimai həyatda fəal şəkildə iştirak etsələr də, bəzilərinin fəaliyyəti yalnız kağız üzərindədir. 

Ümumilikdə isə, partiyaların nə qədər üzvünün olması cəmiyyətdə maraq doğuran suallardandır.

Onu da bildirək ki, İqtidarda olan Yeni Azərbaycan Partiyasının rəsmi səhifəsində üzv sayı 760.580 nəfər olduğu qeyd olunub.

MÖVZU İLƏ BAĞLI:

Siyasi partiyalara tapşırıq verildi: “SƏRT MÖVQE TUTUN!”


Digər siyasi partiya üzvlərinin sayını öyrənmək üçün isə, partiya rəsmilərindən cavab almağa çalışdıq. 

Bir sıra partiya rəhbərləri və məsul şəxsləri sözügedən sayla bağlı məlumatı Bizim.Media ilə paylaşlasalar da, bəzi partiyalardan bu informasiyanı əldə etmək mümkün olmayıb.

Sorğumuz nəticəsində aşağıdakı rəqəmləri əldə etdik:

Müsavat Partiyası – 10 minlərlə. Partiya Başqanı Arif Hacılı dəqiq sayın yalnız partiyanın qərarı ilə açıqlana biləcəyini qeyd edib.

Azərbaycan Yüksəliş Partiyası – 5 min.

Müasir Müsavat Partiyası – 92 min 300. Partiya sədri Hafiz Hacıyev partiyaya xeyli sayda vətəndaşın da yeni üzv olduğunu lakin, qeydiyyatlarının tam şəkildə yekunlaşdırılmadığını da sözlərinə əlavə edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – 20 minə yaxın. Partiyanın sədr müavini Niyaməddin Orduxanlı partiyanın 60-a yaxın rayon şöbəsinin olduğunu da qeyd edib.

REAL partiyası – 4 mindən çox.

Azərbaycan Demokratik İslahatlar Partiyası – 8 mindən çox.

Azərbaycan Kommunist Partiyası – 60321. Partiya rəhbəri Rauf Qurbanov 2018-ci ildə aparılan siyahıyaalmaya əsasən, Respublikada kommunistlərin ümumi sayının 60321 nəfər, rayon və şəhər komitələrinin sayının isə 46 olduğunu qeyd edib.

Milli Dirçəliş Hərəkatı Partiyası – 30705. Partiya sədri Fərəc Quliyev, 2822 üzvün qadın, digərlərinin kişilər olduğunu da qeyd edib. Bundan əlavə, Fərəc Quliyev Partiyanın 60-dan çox rayon komitəsinin, eyni zamanda Borçalı, Türk dünyası və Cənubi Azərbaycan departamentlərinin olduğunu, lakin departament üzvlərinin bu saya daxil olmadığını da diqqət çatdırıb.

Milli Cəbhə Partiyası – 1826 nəfər. Partiyanın sədr müavini Rafiq Daşdəmirli, 1 il öncə partiyanın qeydiyyatdan keçdiyi zamanda üzv sayının 1418 nəfər olduğunu da qeyd edib.

Ağ Partiya başqanı Tural Abbaslı isə, hər həftə yüzlərlə vətəndaşın partiyaya üzv olmaq üçün müraciət etdiyini qeyd edib. Tural Abbaslının fikrincə, Ağ Partiya üzvlərinin real sayına görə, YAP istisna olmaqla bütün partiyalardan öndədir.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli ƏliyevÜmid Partiyasının sədri İqbal Ağazadə üzv sayı ilə bağlı dəqiq məlumata malik olmadıqlarını bildiriblər.

Digər partiya rəsmilərinin daha əvvəl mətbuata verdikləri açıqlamalara əsasən digər partiyaların üzv sayı ilə bağlı da müəyyən məlumatlar əldə etdik:

Vətəndaş Həmrəyliyi Partiyası – 20 mindən çox;

Azərbaycan Demokrat Partiyası – 10 minə yaxın;

Klassik Xalq Cəbhəsi Partiyası – 20 min;

Böyük Quruluş Partiyası – 7 minə yaxın.

Açıqlanan sayların həqiqətə nə qədər uyğun olduğu bəlli olmasa da, partiya rəsmilərinin qeyd etiyi rəqəmlər bu cür olub.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO