Ceyhun Bayramovdan Ermənistana XƏBƏRDARLIQ – “Bunun ağır nəticələri olacaq”

Ceyhun Bayramovdan Ermənistana XƏBƏRDARLIQ – “Bunun ağır nəticələri olacaq”

Hazırda oxunan: Ceyhun Bayramovdan Ermənistana XƏBƏRDARLIQ – “Bunun ağır nəticələri olacaq”

50275

"Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar törədilir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son gərginliyə münasibət bildirərkən deyib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanılmasıdır.

O əlavə edib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib.

“Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir", - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO