Karantini pozan hamam aşkarlandı - FOTO/VİDEO

Karantini pozan hamam aşkarlandı - FOTO/VİDEO

Hazırda oxunan: Karantini pozan hamam aşkarlandı - FOTO/VİDEO

50213

Qusar Rayon Polis Şöbəsinə rayonun Balaqusar kəndi ərazisindəki hamam binasında sauna salonunun sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gedərək obyekt işçiləri və müştərilərdən ibarət bir neçə nəfəri Polis Şöbəsinə gətiriblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub.

Qanun pozuntularına yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə ediliblər.

Hamamın icarədarı Amik Hacıağayev barəsində də protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Bizim.Media


 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO