Brilliant Dadaşovadan Lalə Məmmədovaya CAVAB - VİDEO

Brilliant Dadaşovadan Lalə Məmmədovaya CAVAB - VİDEO

Hazırda oxunan: Brilliant Dadaşovadan Lalə Məmmədovaya CAVAB - VİDEO

0:00
0:00
50032

Əməkdar artist Lalə MəmmədovanınBrilliant Dadaşovanın qabağına qaçıb “salam” verirdim, salamımı almırdı” sözləri qalmaqal yaradıb.

Bizim.Media xəbər verir ki, Xalq artisti onun fikirlərinə cavab verib.

“Oxuyanlar var ki, mənə söz atırlar, bilirlər ki, cavab verməyəcəm. Haqqımda yalandan fikir formalaşdırırlar. Biri bu yaxınlarda yazıb ki, qaçırdım Brilliantın qabağına salam verirdim...

Belə şey heç vaxt olmayıb. Sadəcə o adam eşidib ki, mən həmişə demişəm ki, İlhamə Quliyevanı sevirdim, qabağına qaçırdım, o məni saymırdı. İndi bunu götürüb mənə edir. Amma mənim qabağıma heç tanımadığım bir adam qaçsa, salam Allahın adıdır, heç vaxt ola bilməz ki, salamı almayım. Elə adamlar var ki, onların mənə salam verməyindən qorxuram.

Mənim atmosferimdə olmasınlar, bilirəm ki, pislik edən adamlardır.

Kiməsə mənim kimi oxuyursa, deyirsə ki, mən Brillianta yox, Zeynəb Xanlarovaya qulaq asmışam, o zaman mən nə deməliyəm? Desəydi ki, Brillianta qulaq asmışam, ondan öyrənmişəm, deyərdim nolar ki? Yaxşı oxuyur”, deyə Brilliant Dadaşova qeyd edib.

Səmra Xəlilbəyli, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO