“Azərbaycan manatının məzənnəsi artıq sabitdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədr müavini Alim Quliyev "Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı" mövzusunda keçirilən 5-ci Beynəlxalq Bank Forumundan sonra jurnalistin “Azərbaycan manatının məzənnəsi ilə bağlı hər hansı risklər varmı?” sualını cavablandırarkən səsləndirib.
Onun sözlərinə görə, bu ilin sonunadək makroiqtisadi sabitlik, xüsusilə, manatın məzənnəsinin sabitliyi qorunacaq.
Alim Quliyev nağdsız ödənişlərdən də söz açıb: "2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb.
Mərkəzi Bankın sədr müavini hesab edir ki, rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib:
"Bu müddət ərzində internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb".
Bizim.Media