Kalininqrad vilayətində 13-cü əsrə aid Valdau qəsri yandı - VİDEO

Kalininqrad vilayətində 13-cü əsrə aid Valdau qəsri yandı - VİDEO

Hazırda oxunan: Kalininqrad vilayətində 13-cü əsrə aid Valdau qəsri yandı - VİDEO

49817

Rusiyanın Kalininqrad şəhəri yaxınlığındakı Nizovye qəsəbəsində XIII əsrə aid mədəni irs abidəsi olan Valdau qəsri yanır. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyinin Kalininqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti RİA Novosti-yə verib.

"Qala kompleksinin binalarından biri yanır. Yanğın yerində dörd yanğınsöndürmə briqadası işləyir", - Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xatırladaq ki, Valdau qəsri qədim Prussiya qalasıdır. Yaşayış məntəqəsinin adı Nizovye adlandırılana qədər yaşayış məntəqəsi Valdau adlanıb.

2007-ci ildə Kalininqrad vilayəti hökumətinin qərarı ilə Valdau qəsri regional əhəmiyyətli mədəni irs obyekti statusu alıb. Daha sonra binanın damı uçmaq təhlükəsi səbəbindən qəzalı kimi tanınıb və bağlanıb. Burada tarix-diyarşünaslıq muzeyi yerləşir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO