Cüdo üzrə Azərbaycan kuboku: 2-ci yarış gününün QALİBLƏRİ – FOTO

Cüdo üzrə Azərbaycan kuboku: 2-ci yarış gününün QALİBLƏRİ – FOTO

Hazırda oxunan: Cüdo üzrə Azərbaycan kuboku: 2-ci yarış gününün QALİBLƏRİ – FOTO

49765

Cüdo üzrə Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində keçirilən Azərbaycan kuboku davam edir.

Bizim.Media xəbər verir ki, turnirin ikinci günündə 4 çəki dərəcəsi üzrə qarşılaşmalar keçirilib.

Belə ki, qadınlar 52, 70 kiloqram, kişilər isə 66 və 90 kiloqram çəki dərəcələrində güclərini sınayıblar.

Qadınlar arasında Səbinə Əliyeva (52 kq, “Təhsil” İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri) və Günel Həsənli (“Zirvə” İdman Klubu, Abşeron) qalib adına layiq görülüblər.

Kişilərin yarışında isə Kəramət Hüseynov (66 kq, “Qəbələ” İdman Klubu, Bakı), Rüfət İsmayılov (90 kq, “Cüdo Klubu 2012”) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Turnir dekabrın 9-da başa çatacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO