Zəngilana böyük qayıdış başlayır - VİDEO

Zəngilana böyük qayıdış başlayır - VİDEO

Hazırda oxunan: Zəngilana böyük qayıdış başlayır - VİDEO

49663

Uzun illər arzuladılar və nəhayət Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu onların xəyallarını gerçəkləşdirdi. Artıq Zəngilan rayonunun Ağalı kəndinə böyük köç başlayır.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Hüseynovlar ailəsindən Etibar Hüseynov Ağalı kəndinə ilk köçəcək sakinlərdən olacaq.

Ağalı kənd sakini doğma yurduna qayıtdıqdan sonra hansı işlə məşğul olacağını da müəyyənləşdirib.

Hüseynovlar ailəsinin digər üzvləri də öz doğma yurd-yuvalarına qayıtmağı səbirsizliklə gözləyirlər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizə qayıdış mərhələli şəkildə həyata keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO