Baş Prokurorluq “Hayastan” fraksiyasından olan deputat Seyran Ohanyan və onun həyat yoldaşının əmlakına həbs qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a idarənin mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, üçüncü prezident Serj Sarkisyanın mühafizəsinin keçmiş rəhbəri Vaçaqan Qazaryanın və ailəsinin əmlakına da həbs qoyulub.
MÖVZU İLƏ BAĞLI:
S.Ohanyan: “Yeni sənəd Ermənistanın kapitulyasiyasını təsdiq edəcək” - VİDEO
“Onların hamısı araşdırmanın nəticələri ilə tanış olmaq və öz mövqelərini bildirmək üçün prokurorluğa dəvət ediliblər”.
İdarədən hansı əmlaka həbs qoyulduğu bildirilməyib.
Prokurorluq, həmçinin Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın, onun qızlarının, oğlunun, Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri, parlamentin keçmiş spikeri Qalust Saakyanın oğlu Arman Saakyanın, keçmiş təbiətin mühafizəsi naziri Aram Arutyunyanın əmlakının qanuniliyini də araşdırır.
Xatırladaq ki, bir neçə gün əvvəl prokurorluq sabiq polis rəisi Vladimir Qasparyan və onun ailə üzvlərinin əmlakının müsadirə edilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Bundan əvvəl MTX-nin keçmiş yüksək rütbəli məmuru Serob Arutyunyanın və onun qohumlarının qanunsuz əmlakının müsadirə olunması barədə məlumat yayılıb.
Bizim.Media