Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, toplantıda qonaqlara regiondakı hərbi-təhlükəsizlik məsələləri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Qələbədən sonra Azərbaycan Ordusunda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və 2022-ci ildə planlaşdırılan fəaliyyətlər diqqətə çatdırılıb.
Tədbirdə hərbi attaşelərin sualları cavablandırılıb.
Qonaqlar bu cür tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də faydalı birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:30 / 07.12.2021
Müdafiə Nazirliyində hərbi attaşelərlə toplantı keçirildi
Hazırda oxunan: Müdafiə Nazirliyində hərbi attaşelərlə toplantı keçirildi
Hazırda oxunan: Müdafiə Nazirliyində hərbi attaşelərlə toplantı keçirildi
49541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.