Ermənistan parlamentində növbəti dəfə dava düşüb.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Telegram kanallarında yer alıb.
İlkin məlumata görə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatlar “Ermənistan” fraksiyasından olan deputatların köməkçilərini döyüblər.
Ancaq hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.
Əldə edilən informasiyaya görə, Ermənistan parlamenti müxalifətin təşəbbüsü ilə hərbi əsirlərlə bağlı məsələni təcili müzakirə edir. Görüş bağlı qapılar arxasında keçirilir.
Xatırladaq ki, bu gün Ermənistan parlamentinin sədri Alen Simonyan hərbi əsirlərlə bağlı qalmaqallı fikirlər səsləndirib.
Həmin fikirləri bir daha diqqətinizə çatdırırıq:
Simonyan: Bu məhbusların, bu əsgərlərin məqsədi nə idi? ..
Həmsöhbət: Vətəni qorumaq.
Simonyan: Bağışlayın, bəlkə mən bir az səhv ifadə edirəm, amma düşünürəm ki, bu məhbuslar artıq yoxdur. Onlar mənim üçün yoxdur. Terrorçular təyyarəni qaçıranda İsrail onlarla danışıq aparmır, həmin təyyarəni vurur. Bu əsirlərin kim olduğunu bilirsinizmi?
Həmsöhbət: Bunu sizdən eşitmək istərdim.
Simonyan: Bunlar silahlarını yerə atıb, qaçıb, azıblar. Mən bu barədə açıq danışa bilmərəm.
Sizə maraqlı deyil ki, bu məhbusların valideynləri niyə indi aktiv deyillər? Çünki bu insanlar əsgərlərin fərarilik etdiyini bilirlər. Silahlarını qoyub qaçdılar, əsir düşdülər.
Bizim.Media
- A-
- A
- A+
Region
16:43 / 07.12.2021
Ermənistan parlamentində yenə DAVA düşdü – VİDEO
Hazırda oxunan: Ermənistan parlamentində yenə DAVA düşdü – VİDEO
Hazırda oxunan: Ermənistan parlamentində yenə DAVA düşdü – VİDEO
49520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.