Krımın sabiq prokuroru haqda Kiyevdən rəsmi HƏBS QƏRARI

Krımın sabiq prokuroru haqda Kiyevdən rəsmi HƏBS QƏRARI

Hazırda oxunan: Krımın sabiq prokuroru haqda Kiyevdən rəsmi HƏBS QƏRARI

49513

Dekabrın 6-da Kiyev Apellyasiya Məhkəməsi Krımın keçmiş prokuroru Nataliya Poklonskayanın həbsinə icazə verib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya məhkəmənin saytında yer alıb.

Mənbə yazır ki, bu ilin sentyabrında Şevçenkovski Rayon Məhkəməsi Baş Prokurorluğun vəsatətini rədd etsə də, indi apellyasiya şikayəti bu qərarı ləğv edib.

Bu, Ukrayna Baş Prokurorluğuna Poklonskayanı məhkəməyə gətirmək və onu həbs etmək hüququnu verir.

Poklonskaya hakimiyyəti ələ keçirməkdə, Ukraynanın ərazi bütövlüyünə qəsddə, dövlətə xəyanətdə, habelə cinayətkar təşkilat yaratmaqda və onun tərkibində iştirak etməkdə ittiham edilir.

Xatırladaq ki, Nataliya Vladimirovna Poklonskaya 18 mart 1980-ci ildə Ukraynada anadan olub. 13 oktyabr 2021-ci il tarixindən o, Rusiya Federasiyasının Kabo Verdedəki Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışır. Bundan öncə isə Dövlət Dumasının deputatı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO