Ermənistan parlamentinin spikeri: “Əsir düşən erməni əsgərləri fərari və qorxaqdır” – VİDEO

Ermənistan parlamentinin spikeri: “Əsir düşən erməni əsgərləri fərari və qorxaqdır” – VİDEO

Hazırda oxunan: Ermənistan parlamentinin spikeri: “Əsir düşən erməni əsgərləri fərari və qorxaqdır” – VİDEO

49502

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan əsir düşən erməni əsgərlərini fərarilikdə və qorxaqlıqda ittiham edib və “bu əsirlər artıq mənim üçün yoxdur” ifadələrini işlədib. İrəvanda tədbirlərin birində bununla bağlı çəkilən görüntülər “Dejavyu” Telegram kanalında yayılıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “aysor.am” saytında yer alıb.

Mənbə yazır ki, sədrin bu açıqlamaları Ermənistan cəmiyyətində və mediasında hiddət doğurub.

Bunun ardınca Alen Simonyan ikinci qalmaqalın içinə yuvarlanıb. Belə ki, o, “Ermənistan” fraksiyasının deputatı Areqnaz Manukyanın ona ünvanladığı bəyanatlara münasibət bildirib.

“Ofisdə daima eşidirəm ki, mənim adımı burada çəkirlər. Heç nəyi əldən buraxmamaq, həmkarlarımızı salamlamaq, bəzi məsələləri müzakirə etmək bura gəlməyə qərar verdim. Fikrimcə, Ermənistan xalqının bütün dedi-qodulardan bezdiyini desəm, yanılmaram. Düşünürəm ki, onlar mübahisələrimizdən də beziblər”, - deyə parlamentin sədri bildirib.

Areqnaz Manukyanın çıxışına işarə vuran Alen Simonyan çoxdan qaldırılan bütün suallara cavab verdiyini xatırladıb.

“Xanım Manukyan məhkəmədə dediklərini sübut etməli olacaq, əks halda o, təzminat ödəyəcək və mənim şəxsim haqqında deyilənləri təkzib edəcək, çünki bütün bunlar tamamilə yalandır”, - o bildirib.

Spiker onu konstruktiv mövqedə qalmağa çağırıb, əks halda hər şeyi öz adı ilə çəkəcəyini deyib:

“Bəlkə də hamı əsas personajlar, müxalifət deputatları, siyasi xadimlər haqqında hər şeyi bilir”.

“Bu mövqedən çıxış etməyə məni məcbur etməyin, çünki bu mövqedə daha 50 il uduzacaqsınız”, deyə o, qeyd edib.

Xatırladaq ki, Areqnaz Manukyan vurğulayıb ki, hakimiyyət dəyişikliyindən sonra Alen Simonyan və onun ailəsinin vəziyyəti yaxşılaşıb.

“Onun qardaşı 2020-ci ilin iyul ayında “Euroaspfalt” şirkətinin direktoru olub və bundan sonra xoşbəxt bir təsadüf nəticəsində bu qurum asfalt üçün tenderləri udmağa və dövlət büdcəsi hesabına zənginləşməyə başladı”, - deyə deputat bildirib.

O bildirib ki, ötən gün Alen Simonyan türkyönlü internet saytına müsahibəsində qeyd edib ki, Rusiya Federasiyasından olan həmkarları ilə uğurlu görüşlər keçirdiyinə görə ona qarşı kampaniyalar təşkil edilib.

Bizim.Media

 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO