"Bazel" - "Qarabağ" matçı xorvatiyalı hakimə tapşırıldı

Hazırda oxunan: "Bazel" - "Qarabağ" matçı xorvatiyalı hakimə tapşırıldı

49473

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu üçün hakim təyinatları açıqlanıb.

Bizim.Media-nın məlumatına görə, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

MÖVZU İLƏ BAĞLI: 

“Qarabağ”ın səfər proqramı açıqlandı


Referi Fran Yoviçə Hrvoye Radiç və Luka Puşiç yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Ivana Martinçiç yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 9-da "Sent Yakob Park"da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO