Dövlət Sərhəd Xidmətinin (DSX) “Baku TV”nin əməkdaşlarına qarşı nalayiq hərəkətlərə yol verən hərbi qulluqçusu, mayor Rövşən Cahangirova məzəmmət elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Xidmətindən bildirilib.
Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə əsasən, məzəmmət töhmətdən əvvəl tətbiq edilən cəza növüdür.
Xatırladaq ki, DSX-nin mayoru R.Cahangirov xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı şəhid olan sərhədçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən TV əməkdaşlarına qarşı kobudluq edib, onları əli ilə itələyib, media nümayəndələrinin çəkiliş aparmasına imkan verməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:51 / 07.12.2021
Jurnalistlərə hücum edən DSX əməkdaşı CƏZALANDIRILDI - VİDEO
Hazırda oxunan: Jurnalistlərə hücum edən DSX əməkdaşı CƏZALANDIRILDI - VİDEO
Hazırda oxunan: Jurnalistlərə hücum edən DSX əməkdaşı CƏZALANDIRILDI - VİDEO
49436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.