Çempionlar Liqası: 4 qrupda 8 görüş

Çempionlar Liqası: 4 qrupda 8 görüş

Hazırda oxunan: Çempionlar Liqası: 4 qrupda 8 görüş

49408

Bu gün UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu - VI tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

A qrupunda PSJ Fransada Belçika "Brügge"sini qəbul edəcək. İngiltərənin "Mançester Siti" klubu isə Almaniyada "Leyptsiq"in qonağı olacaq. Bu qrupda ilk 2 pillənin sahibi bəlli olduğundan əsas mübarizə 3-cü yer uğrunda gedəcək. Bundesliqa təmsilçisi qalib gələcəyi halda digər matçın nəticəsindən asılı olmayaraq, Avropa Liqasının pley-offuna vəsiqə əldə edəcək.

B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən İngiltərə "Liverpul"u İtaliyada "Milan"la qarşılaşacaq. Qrupun digər oyununda Portuqaliya "Portu"su evdə İspaniyanın "Atletiko" (Madrid) klubunu sınağa çəkəcək. Hazırda 2-ci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub etsə, qrupdan çıxan 2-ci komanda olacaq.

C qrupunda Türkiyə "Beşiktaş"ı Almaniyada Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. Qonaqlar avrokuboklarda mübarizə dayandırdığından, meydan sahibləri isə Avropa Liqasının pley-offunu təmin etdiklərindən qarşılaşma forma xarakter daşıyacaq. Digər görüşdə isə qrup qalibi olan Niderland "Ayaks"ı Portuqaliya "Sportinq"i ilə münasibətlərinə aydınlıq gətirəcək.

D qrupunda İspaniya "Real Madrid"i doğma meydanda İtaliya "İnter"i ilə 1-ci yer uğrunda mübarizə aparacaq. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. Qrupun digər oyununda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova "Şerif"i qrup sonuncusu olması dəqiqləşən Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu qəbul edəcək.

Qeyd edək ki, indiyədək "Mançester Siti", PSJ, "Liverpul", "Ayaks", "Sportinq", "Real Madrid" və "İnter"lə yanaşı, Almaniyanın "Bavariya", İtaliyanın "Yuventus", İngiltərənin "Mançester Yunayted" və "Çelsi" klubları da 1/8 finala adlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO