Yeniyetməlik dövrü insan həyatının ən çətin dövrüdür. Bu dövrlərdə insan həm hormonal, psixoloji həm də fizioloji cəhətdən formalaşır. Təəssüflər olsun ki, son günlərdə yeniyetmələrin qətl törətmələri ilə bağlı yerli mediada xəbərlər yer alır. Yeniyetmələrin bu hadisələri törətməsində təməl səbəblər nədir?
Psixoloq Taryel Faziloğlu Bizim.Media-ya açıqlamasında uşaqlarla valideynlər arasındakı problemləri səbəb kimi gördü:
MÖVZU İLƏ BAĞLI:
İntim məlumatlarla ŞANTAJA məruz qalanlar nə etməlidir? – Hüquqi və psixoloji CAVAB
“Yeniyetməlik dövründə uşaqlar böyük bir fərd kimi özlərini təsdiq etmək məcburiyyətində qalırlar. Lakin valideynlər bu istəyi ciddiyə almırlar. Çünki onların gözündə yeniyetmə fərd hələ də uşaq görünür. Bu halda ailə və uşaqlar arasında problemlər başlayır. Oğlanlar böyüdüklərini təsdiq etmək üçün kriminal aləmlərə, qızlar isə daha çox kimsə tərəfindən bəyənilmək, sevilmək, makiyajdan istifadə etmək və s. tipli məsələlərə meyil göstərirlər. Nəticə olaraq bütün bunlar yeniyetmələrdə travmatik vəziyyət yaradır. Və həmin vəziyyət sonda ciddi və geri dönüşü olmayan xətalara yol açır hətta həyatlarını məhv etmiş olurlar. Cinayət, intihar, şantaj halları da məhz travmatik vəziyyətlərdə müşahidə olunur”.
Psixoloq həyəcan təbili çalaraq valideynlərə müraciət etdi:
“Yeniyetmə övladı olan valideynlər onlarla davranışları zamanı diqqətli olsunlar. Əvvəllər klassik ailə modeli var idi və uşaqlar valideyn nəzarəti altında asanlıqla qala bilirdilər. Lakin müasir günümüzdə bu elə də mümkün olmur.
Valideynlər ona görə də övladları ilə dost kimi danışmalıdırlar. Xüsusi ilə qeyd edim ki, bu dövr hormonal yetkinlik dövrü də olduğu üçün bəzi xəstəliklər baş qaldıra, sinir sistemindəki problemlər, travmalar üzə çıxa bilər. Oğlan uşaqlarında 13-16 yaş, qızlarda isə 13-17 yaş aralığı təhülkəlidir. Valideynlər mütləq övladları ilə daha çox zaman keçirib onların problemləriylə maraqlanmalı, qəribə hallar müşahidə etdikləri təqdirdə, həkim və mütəxəssislərə müraciət etməlidirlər. Vaxtında göstərilən peşəkar dəstək onların həyatlarını qurtara bilər”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:45 / 07.12.2021
Yeniyetmələri cinayətə və İNTİHARA nə sürükləyir? - Psixoloq həyəcan təbili çalır
Hazırda oxunan: Yeniyetmələri cinayətə və İNTİHARA nə sürükləyir? - Psixoloq həyəcan təbili çalır
Hazırda oxunan: Yeniyetmələri cinayətə və İNTİHARA nə sürükləyir? - Psixoloq həyəcan təbili çalır
0:00
0:00
49363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.