Avropa Moskvanı Aşqabadla əvəzləyir? - Tehran və Bakı KÖRPÜ ROLUNDA - ŞƏRH

Avropa Moskvanı Aşqabadla əvəzləyir? - Tehran və Bakı KÖRPÜ ROLUNDA - ŞƏRH

Hazırda oxunan: Avropa Moskvanı Aşqabadla əvəzləyir? - Tehran və Bakı KÖRPÜ ROLUNDA - ŞƏRH

49362

“Azərbaycan, Türkmənistan və İran arasında qaz mübadiləsini nəzərdə tutan sazişin şərtlərinə görə, dekabrın 22-dən etibarən Türkmənistan hər il 1.5-2 milyard kub.metr qazı İrana ixrac edəcək. İran isə aldığı həmin qazla həm özünün 5 əyalətini qazla təmin etmiş olacaq və həmin mavi yanacağın miqdarında Azərbaycana qaz ixrac edəcək” deyən iqtisadçı ekspert Elman Sadıqov bu sazişi həm də dəyiş-düyüş adlandırıb. 

Bizim.Media-ya özəl açıqlamasında ekspert bu fikirlərini belə izah edib:

MÖVZU İLƏ BAĞLI:

İran nüvə danışıqlarının son raundunda mövqeyini sərtləşdirdi - Dövlət Departamenti


“Yəni Türkmənistan əslində Azərbaycana birbaşa qaz ixrac etmək imkanına malik deyil. Bunun üçün kifayət qədər infrastruktur yoxdur. Qaz əsasən 2 cür nəql olunur:

1. Boru xətləri vasitəsilə

2. İkincisi isə mayeləşdirilmiş balonlara doldurularaq tankerlərlə daşınır. Bu isə çox baha başa gəlir. 

O qədər də sərfəli deyil deyə qazın boru xəttilə daşınması daha rentabelli hesab olunur. Mövcud vəziyyətdə Türkmənistanın İrana qaz nəqli həm ucuz başa gəlir, həm də bunun üçün müvafiq infrastruktur var”.

Elman Sadıqovun cavabının digər maraqlı hissələri:

⦁  İranın da Azərbaycana qaz nəqli üçün imkanları mövcuddur. Nəticə etibarı ilə Türkmənistan İrana deyil, Azərbaycana qaz ixrac etmiş olur.

⦁  Layihə uğurla davam etsə, gələcəkdə qazın həcmini artırmaq da mümkündür. 

⦁  Türkmənistanın burada əsas hədəfi Rusiyadan yan keçməklə öz qazını Avropaya çatdırmaqdır. Ən önəmli tranzit yollarından birini isə Azərbaycan oynayacaq.

⦁  Yəni, Azərbaycan da Türkmənistandan idxal olunan qazın fonunda Türkiyə və Avropaya ixrac etdiyi mavi yanacağın miqdarını artıracaq. Bu isə Türkiyə kimi Avropa üçün də çox əhəmiyyətlidir. 

⦁  Bununla Avropa Rusiya qazından asılılığını Türkmənistan vasitəsilə azaltmaq istəyir. Aşqabaddakı sazişin əsas məqsədi də Türkmənistan qazının Avropaya çıxarılmasıdır.

⦁  Burada İran tərəfi də pul qazanır. Çünki uyğun infrastruktura görə qazın nəqli daha ucuz başa gəlir. 

İqtisadçı ekspertin fikrincə, qazın keyfiyyəti, nəqli ilə bağlı qrafik, qiyməti və s. müqavilənin şərtlərində öz əksini tapacaq. Bunlar isə xırda texniki məsələlərdir. Əsas mahiyyət isə Türkmənistan qazının qərbə nəqli, Avropanın enerji təhlükəsizliyidir:

“Azərbaycan da tranzit ölkə kimi öz payını götürə bilər”.

Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO