Qarabağda meyiti tapılan erməni yaraqlısı ilə bağlı yeni DETALLAR

Qarabağda meyiti tapılan erməni yaraqlısı ilə bağlı yeni DETALLAR

Hazırda oxunan: Qarabağda meyiti tapılan erməni yaraqlısı ilə bağlı yeni DETALLAR

49335

Ötən gün Rusiya Müdafiə Nazirliyinin müvəqqəti məsuliyyət zonasında güllə yarası ilə meyiti tapılan erməni yaraqlısı Qor Martirosyanla bağlı əlavə məlumat yayılıb. 

Bizim.Media xəbər verir ki, hadisə Şuşa rayonunun Qaybalı kəndi istiqamətində qeydə alınıb. 

Hadisədən bir gün əvvəl Martirosyan üçüncü şəxs vasitəsilə Azərbaycan tərəfi ilə əlaqə yaratmağa çalışaraq hüquq-mühafizə orqanlarına təslim olmaq istəyib. 

Səbəbini "həmkarları" adlandırılan şəxslər tərəfindən edilən zorakılıqla əlaqələndirib.  

Görünür, separatçılar onun niyyətindən xəbərdar olublar, çünki Qor açıq telefon əlaqəsi yaradıb. 

Dünən saat 21:20 radələrində avtomat silahlardan açılan güllə səsi eşidilib. Bundan sonra rus sülhməramlıları və təcili yardım maşınları kəndə doğru hərəkət edib. Bu cür nümayişkaranə edam, cinayətkar separatçı rejimin fikrincə, düşmənçilik ideologiyasından əl çəkmək istəyən hər kəs üçün dərs olmalıdır.

Təslim olmağa və ya Azərbaycan vətəndaşlığını qəbul etməyə cəhd edən hər kəs ya öldürülür, ya da İzaura Balasanyan kimi dörd övladı ilə birgə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə təslim edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO