AÇ: Final mərhələsinin püşkü atıldı

AÇ: Final mərhələsinin püşkü atıldı

Hazırda oxunan: AÇ: Final mərhələsinin püşkü atıldı

4911

21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, həlledici raundda 16 komanda 4 qrupda mübarizə aparacaq.

Seçmə mərhələdə Azərbaycan yığmasının rəqibləri olmuş Fransa C, İsveçrə isə D qrupuna düşüb.

A qrupu: Macarıstan, Almaniya, Rumıniya, Niderland

B qrupu: Sloveniya, İspaniya, Çexiya, İtaliya

C qrupu: Rusiya, İslandiya, Fransa, Danimarka

D qrupu: Portuqaliya, Xorvatiya, İngiltərə, İsveçrə

Qeyd edək ki, Macarıstan və Sloveniyanın birlikdə ev sahibliyi edəcəyi final mərhələsinin oyunları 2021-ci il martın 24-də start götürəcək. Həmin ayın 31-də qrup matçlarına yekun vurulacaq.

Qruplarında ilk 2 pilləni tutan komandalar pley-offa vəsiqə qazanacaqlar. Bu mərhələnin qarşılaşmaları 31 may - 6 iyunda baş tutacaq. A və C qrupunun oyunları Macarıstanda, B və D qrupunun matçları isə Sloveniyada olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO