Bank kartı ilə fırıldaqçılıq hadisələrinə demək olar ki, hər gün rast gəlinir. Bu gün isə daha qəribə hadisə yaşanıb. Beynəlxalq Bankın müştərisi olan bir neçə şəxsin kartından əsassız olaraq müəyyən məbləğlərdə pul çəkilib.
Bununla bağlı Bizim.Media-ya bir neçə vətəndaş müraciət edib. Dediklərinə görə səhər saatlarında onların kartlarından 12-15 manat məbləğində pul çıxılıb və durumla bağlı Beynəlxalq Bankla əlaqə yaradıblar.
MÖVZU İLƏ BAĞLI:
Məcburi köçkünlərin çörək pulunun mənimsənilməsi ilə bağlı Kapital Bankdan REAKSİYA
Bankdan isə vətəndaşlara pulun çıxılmasının texniki səbəbdən baş verdiyi əsas gətirilib.
Bizim.Media məsələ ilə bağlı Beynlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli ilə əlaqə yaradıb.
Bank rəsmisi sorğumuza cavabı əlaqədar şəxslərdən münasibət alandan sonra təqdim edəcəyini deyib.
Məsələni diqqətdə saxlayacağıq.
Alçina Amilqızı, Bizim.Media