Məcburi köçkünlərin çörək pulunun mənimsənilməsi ilə bağlı Kapital Bankdan REAKSİYA 

Hazırda oxunan: Məcburi köçkünlərin çörək pulunun mənimsənilməsi ilə bağlı Kapital Bankdan REAKSİYA 

44190

Kapital Bankın məcburi köçkünlərin müavinətindən qeyri-qanuni pul çıxmasını xəbər vermişdik. Bank artıq bu il üçüncü dəfədir ki, məcburi köçkünlərin çörək pulunu mənimsəyir.

Bu tutulmalar mart, may və son olaraq oktyabr ayında baş verib.

Birinci tutulmada Kapital Bank müavinətin guya bank xidmətləri üçün çıxıldığını əsas gətirsə də, növbəti mərhələlərdə də bu, davam edib. Halbuki xidmət ildə bir dəfə olmaqla həyata keçirilir.  

Ötən yazılarımızda Kapital Bankdan məsələ ilə bağlı hər hansı reaksiya gəlməmişdi. Bu dəfə isə bank məsələyə belə münasibət bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Kapital Bank bu il məcburi köçkünlərin çörək pulundan 9 milyon MƏNİMSƏYİB?  - İDDİA


“Kartlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən sifariş edilib və tariflər həmin komitə ilə bank arasında imzalanmış müqavilə əsasında müəyyən edilib”- deyə Kapital Bankdan bildirilib. 

Göründüyü kimi, köçkünlərin narahat olduğu məsələyə bu dəfə də Kapital Bank tərəfindən tutarlı cavab verilməyib. Üstəlik pul çıxılması ilə bağlı faktı da inkar etməyiblər. 

Təxminən 600 minə qədər məcburi köçkün plastik kartla çörək pulu alır. Hər kartdan bu il 3 dəfə 5 manat mənimsənilib. Bu isə toplam 9 milyon manat vəsait edir. Tək adama verilən müavinətdən isə 3 manat kəsilir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO