3 ailənin sərvəti 48 ölkənin büdcəsinin cəmindən çoxdur – MARAQLI FAKTLAR

3 ailənin sərvəti 48 ölkənin büdcəsinin cəmindən çoxdur – MARAQLI FAKTLAR

Hazırda oxunan: 3 ailənin sərvəti 48 ölkənin büdcəsinin cəmindən çoxdur – MARAQLI FAKTLAR

48647

• İnsan dərisində bütün planetimizdəkindən daha çox canlı orqanizm yaşaya bilər. (Bəzi alimlər və filosoflar bu fikirlə razılaşmır, çünki insan da Yer Kürəsinin sakini və tərkib hissəsidir. Yəni insanın göstəriciləri həm də planetə aiddir.)  

Bizim.Media bu və digər maraqlı faktları oxucuların diqqətinə çatdırır:

• Dünyanın 3 ən varlı ailəsinin səhmləri 48 kasıb dövlətin ümumi aktivlərindən çoxdur.

• Dünya əhalisinin yarısı heç vaxt qar görməyib.

• Everest (Comolunqma) dünyhanın ən hündür dağı (zirvəsi) deyil. Çünki zirvənin hündürlüyü 8 min 848 metrdir. Amma hündürlük okeanın dibindən ölçülsə, Havaydakı Mauna-Kea ən hündür dağ, vulkandır. Çünki bu dağın suyun dibindəki hündürlüyü 10 min 203, dənizdən yuxarıdakı ucalığı isə 4 min 207 metrdir. Ümumilikdə 14 min 410 metr. 

• Dünyanın ən quru yeri Antarktidada yerləşir. 

• “YouTube”dakı bütün videolara baxmaq üçün min il yaşamaq lazımdır.

• İldırımın kişini vurma ehtimalı qadından 6 dəfə çoxdur.

• 4 yaşlı uşaq gün ərzində 400 sual verir.

• Astronavtların baş geyimində burunlarını qaşımaq üçün xüsusi qurğu var.

• Hər bir insanın prezident olmaq şansı lotoreyada cek-pot udmaqdan daha çoxdur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO