“Arendaya” götürənlərin vergi yükü yüngülləşdiriləcək – Layihə

“Arendaya” götürənlərin vergi yükü yüngülləşdiriləcək – Layihə

Hazırda oxunan: “Arendaya” götürənlərin vergi yükü yüngülləşdiriləcək – Layihə

48588

Vergi Məcəlləsinə təklif olunmuş dəyişikliklərdən biri də əmlak icarəyə götürən sahibkarlara dəstəyin verilməsi ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan dəyişikliyi belə əsaslandırıb.

Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi əsas vəsaiti icarəyə götürdüyü və balansda uçota almadığı halda, həmin əsas vəsait üzrə çəkilmiş təmir xərcləri gəlirdən çıxılmır.

Eyni zamanda, icarəyə götürülmüş əsas vəsaitin təmirinə çəkilmiş xərclər icarə haqqı ilə əvəzləşdirildikdə, həmin əsas vəsait üzrə çəkilən təmir xərcləri icarə haqqı şəklində gəlirdən çıxılan xərclərə aid edilir.

Nəticədə, icarəyə götürən şəxs faktiki olaraq xərc çəksə də, həmin əmlak onun balansında olmadığına görə, bu xərci gəlirindən çıxa bilmir.

Təklif olunan dəyişiklik sahibkarlıq subyektlərinin hüquqlarını genişləndirməklə vergi ödəyicisinin balansında olmayan əsas vəsaitlər üzrə çəkilən təmir xərclərinin amortizasiya ayırmaları şəklində gəlirdən çıxılmasını qanunvericilikdə təsbit edir.

Bununla da sahibkarın real xərci gəlirdən çıxılan xərc kimi tanınır və onun maliyyə yükünə müsbət təsir etmiş olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO