Ərdoğan dekabrın 3-də Putinə zəng edəcək – SƏBƏB

Ərdoğan dekabrın 3-də Putinə zəng edəcək – SƏBƏB

Hazırda oxunan: Ərdoğan dekabrın 3-də Putinə zəng edəcək – SƏBƏB

48525

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, dekabrın 3-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq və bu danışıqlarda Ukraynadakı vəziyyətə toxunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyə iki tərəflə təmasdadır və gərginliyin azaldılmasının tərəfdarıdır.

O, qeyd edib ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparıb.

"Cümə günü prezidentimiz Putinlə danışıqlar aparacaq", - Çavuşoğlu jurnalistin Rusiya ilə Ukrayna arasındakı gərginliyə münasibət bildirmək istəyinə cavab olaraq bildirib.

“Türkiyə inanır ki, Rusiyaya qarşı sanksiyalar problemi həll etməyəcək və Ukraynaya heç bir köməyi dəyməyəcək”, türkiyəli nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO