Rüşvət üstündə tutulan jurnalistin səhhəti AĞIRLAŞDI

Rüşvət üstündə tutulan jurnalistin səhhəti AĞIRLAŞDI

Hazırda oxunan: Rüşvət üstündə tutulan jurnalistin səhhəti AĞIRLAŞDI

48374

Rüşvət alarkən yaxalanan və hazırda Kürdəxanı təcridxanasında saxlanılan “Azadinfo.az” saytının rəhbəri Mahir (Xəttab) Ələkbərovun səhhətində problemlər yaranıb.

Bu barədə Bizim.Media-ya jurnalistin vəkili Araz Nurməmmədov bildirib. Vəkil qeyd edib ki, artiq bir neçə gündür Mahir Ələkbərovun qan təzyiqi 200-250-dən aşağı düşmür.

"Mahir Ələkbərovun bu vəziyyətdə Bakı İstintaq Təcridxanasında saxlanılması həyatı üçün təhlükəlidir. Penitensiar Xidmətin rəhbərliyindən xahiş edirik, Mahir Ələkbərovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı tədbirlər görsün, əks təqdirdə Mahir Ələkbərovun vəziyyəti ağırlaşa bilər".
 

MÖVZU İLƏ BAĞLI:

Rüşvət üstündə tutulan jurnalist ev dustaqlığına niyə BURAXILMADI? – Vəkildən AÇIQLAMA


Xatırladaq ki, Mahir Ələkbərov(Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO