Gələn il 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq - RƏSMİ

Gələn il 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq - RƏSMİ

Hazırda oxunan: Gələn il 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq - RƏSMİ

48361

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illər sosial sahədə aparılan islahatları qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu islahatların davam etdiyini bildirib.

Nazir vurğulayıb ki, dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə bağlı islahatlar nəzərə alınıb. Əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. O cümlədən, minumum əməkhaqqında artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq.

S.Babayev bildirib ki, 2022-ci ildə minimum pensiyaların artımı ilə yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur.

İmtiyazlı kateqoriyalara aid vətəndaşların mənzillə təminatı proqramından bəhs olunub. 2021-ci il artıq şəhid ailələri, müharibə əlilləri və digər həssas kateqoriyadan olan 2500 şəxsə mənzillərin sənədi təqdim edilib. Həmçinin bu il daha 164 müharibə əlillinə dövlət büdcəsi hesabına minik avtomobili verilib.

İclasda daha 182 peşə və kvalifikasiya standartının təsdiq edilməsi qərara alınıb. Bildirilib ki, peşə və kvalifikasiya standartları işçi qüvvəsinin işəgötürənlərin tələbinə cavab verməsi və rəqabət qabiliyyətinin artırılması, peşə-ixtisas təhsili proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanır. Ümumən 2021-ci ilin ötən dövründə 700-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib və ilin sonuna bu rəqəmin 1000-ə çatdırılması planlaşdırılıb.

Bu ilin ötən dövründə 51 minədək şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsinin verildiyi, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO