Azərbaycan Ermənistana qarşı iddia qaldırdı - Dekabrın 7-də qərar açıqlanacaq

Azərbaycan Ermənistana qarşı iddia qaldırdı - Dekabrın 7-də qərar açıqlanacaq

Hazırda oxunan: Azərbaycan Ermənistana qarşı iddia qaldırdı - Dekabrın 7-də qərar açıqlanacaq

48316

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi dekabrın 7-də Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı qərarını açıqlayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilir.

Bakı sentyabrın 24-də məhkəməyə müraciət edərək, Ermənistanın azərbaycanlılara milli və etnik mənsubiyyətinə görə bir sıra ayrı-seçkilik törətdiyini deyib.

Bundan əvvəl Azərbaycan və Ermənistan hər biri ayrı-ayrılıqda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə qarşılıqlı hüquqi iddialar təqdim edib.

Ermənistan iddiasında məhkəmədən 2020-ci ilin sentyabr-noyabr aylarında və ya ondan sonra silahlı toqquşmalar zamanı əsir götürülən erməni hərbçilərini, mülki girovları və digər məhbusları dərhal azad etməyi xahiş edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO