“Amazon”çular ayağa qalxdı – Dünyanın 20 ölkəsində etiraz aksiyaları keçiriləcək

“Amazon”çular ayağa qalxdı – Dünyanın 20 ölkəsində etiraz aksiyaları keçiriləcək

Hazırda oxunan: “Amazon”çular ayağa qalxdı – Dünyanın 20 ölkəsində etiraz aksiyaları keçiriləcək

47914

Dünyanın onlayn alış-veriş nəhənglərindən biri olan “Amazon”un əməkdaşları dünyanın 20 ölkəsində tətil və etiraz aksiyaları keçirməyə hazırlaşır.

Bizim.Media xarici mətbuata istnadən xəbər verir ki, əmək hüquqlarının müdafiəsinə qalxan “Amazon”çuların aksiyalarının Böyük Britaniya, ABŞ və bəzi Avropa Birliyi ölkələrində də keçiriləcəyi gözlənilir.

“Qara cümə” ilə əlaqədar son günlər “Amazon” işçilərinin gərgin çalışdıqları bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

“Qara cümə”də neçə milyard pul xərclənəcək? - PROQNOZLAR


İşçilərin hüquqlarını müdafiə etmək və daha ədalətli maaş tələb etmək üçün təşkil edilən “Make Amazon Pay” adlı qrupun bəyanatında “Amazon” daha çox alır, daha az verir” ifadələri yer alıb.

Qrup bəzi ölkələrin həmkarlar ittifaqları və qeyri-kommersiya təşkilatları tərəfindən də dəstəklənir.

Dünya üzrə 50 təşkilat  “Make Amazon Pay” qrupunun “ümumi tələblər” siyahısını imzalayıb.

Tələblərə aşağıdakılar daxildir:

-  Anbarlarda çalışan işçilərin əmək haqqı artırılmalı, risk haqqı əlavə edilməli, pik saatlar üçün fərq ödənilməlidir.

- İşçilər üzərində nəzarəti və ciddi performans hədəflərini aradan qaldırın.

- Xəstəlik məzuniyyətini artırın, COVİD-19-un izlənməsini və hesabatını yaxşılaşdırın.

- Müvəqqəti əməyə son qoyulmalı, həmkarlar ittifaqı əleyhinə müxalif mövqeyə son qoyulmalıdır.

Qeyd olunur ki, ilin əvvəlində “Amazon” öz mənfəətini üç dəfə artırıb.

Şirkət xüsusilə ABŞ-da həmkarlar ittifaqı əleyhinə mövqe tutduğu üçün tənqid olunur. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO