İŞİD-in “canlı bombası” Ülkər Məmmədova TƏSLİM OLDU - FOTO

İŞİD-in “canlı bombası” Ülkər Məmmədova TƏSLİM OLDU - FOTO

Hazırda oxunan: İŞİD-in “canlı bombası” Ülkər Məmmədova TƏSLİM OLDU - FOTO

47713

Ankarada 2015-ci il oktyabrın 10-da iki İŞİD terrorçusunun törətdiyi qanlı terror aktının təşkilatçısı olan Mustafa Dokumacının azərbaycanlı həyat yoldaşı Ülkər Məmmədova Türkiyə polisinə təslim olub.

Bizim.Media "CNN Türk"-ə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan və uzun müddət İŞİD-in “canlı bombası” olaraq axtarılan Ülkər Məmmədova qardaş ölkədə peşimanlıq haqda qanunun müddəalarından yararlanaraq etirafçı olub və 60 nəfər İŞİD üzvü barəsində məlumatları polisə təqdim edib.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim oldu


Oktyabrın 9-da ifadəsi alınan Ülkər Məmmədova Azərbaycandan Türkiyəyə necə getməsindən, Mustafa Dokumacı ilə necə tanış olub evlənməsindən, daha sonra onunla birlikdə Suriyaya gedib İŞİD-ə necə qoşulmasından danışıb.

Ankarada törədilən həmin dəhşətli terror aktı nəticəsində 103 nəfər həlak olub, yüzlərlə adam yaralanıb.

Türkiyənin xüsusi xidmət orqanları terror hücumunu İŞİD-in tərkibindəki “Adıyamanlı Dokumacılar” adlı qruplaşmanın və onun lideri Mustafa Dokumacının təşkil etdiyini müəyyənləşdiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO