Marsda yaşamaq mümkün olacaq

Marsda yaşamaq mümkün olacaq

Hazırda oxunan: Marsda yaşamaq mümkün olacaq

4770

Bəzi alimlərin fikrincə isə Qırmızı Planetdə oksigen və suyu necə əldə etmək sualına xərclənən vəsait və zəka hesabına Yer kürəsini daha yaşamalı və uzun ömürlü etmək olar.

Ay və Mars kəşfiyyatına hazırlıq üçün, In Situ ehtiyatlarından, yəni yerli mənbələrdən istifadəni əhatə edən kifayət qədər çox tədqiqat aparılıb.

Ay koloniyası haqqında danışarkən, yer planeti ilə nəqliyyat sistemi qurmaqdan asanlıqla danışa bilərik, lakin Mars tamamilə fərqli bir məsələdir. Məhz buna görə Qırmızı Planetdəki koloniya yerdən asılı olmağı sual altındadır.

Bizim.Media “Yandex Zen”-ə istinadən bildirir ki, 2021-ci il fevral ayının ortalarında enməsi planlaşdırılan NASA Perseverance Mars gəzintisi, təcrübə üçün MOXIE (Mars OXygen In situ) adlı bir cihaz ərsəyə gətirib. Bu cihazın məqsədi Mars atmosferində oksigenin karbon qazından əldə edilə biləcəyini nümayiş etdirməkdir. Bu cihaz vasitəsilə elektroliz istifadə edərək, karbon qazını oksigen və karbon monoksit qarışığına ayırmaq mümkündür.



Lakin müəlliflərin fikrincə, deyilən miqdarda oksigen istehsal etmək üçün MOXIE cihazından əvvəl də 25 dəfə az elektrik enerjisi istehlakını əhatə edə bilən yeni bir metod ortaya çıxmışdı. Bu metod oksigen və hidrogen əldə etmək üçün eyni elektroliz vasitəsilə maqnezium perxlorat konsentratının istifadəsini təklif edirdi.

NASA Phoenix landerinin fotoşəkillərində göründüyü kimi, bu "duzlu su" damcıları Marsın səthinə davamlı olaraq çökür. 



Prosesi göstərmək üçün mütxəssizlər qurğuşun oksidi və ruteniyumdan ibarət piroxlor adlanan mineral növünü birgə istifadə etdilər. Piroxlorların geniş bir texnoloji tətbiqi var.  Piroxlorlar "elektrokatalizator" olaraq elektrolizin sürətləndirilməsi və asanlaşdırılması üçün tətbiq edilir. 

Nəticəyə gəldikdə bu və ya digər şəkildə, müxtəlif istiqamətdə tədqiqatlar aparılır. Bu da bəşəriyyətin Ay və Marsda müstəmləkəçilik niyyətlərinin olduğunu ciddi şəkildə göstərir. 
Bəzi ekspertlərin fikrincə, bu cür texnologiyalarla Yer üzündəki ekoloji problemlərimizi həll etsəydik, dünya üçün çox faydalı ola bilərdik.

Səkinə Yusibli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO