Səhiyyə Nazirliyindən vətəndaşlara XƏBƏRDARLIQ: “Bu mesajlara inanmayın”

Səhiyyə Nazirliyindən vətəndaşlara XƏBƏRDARLIQ: “Bu mesajlara inanmayın”

Hazırda oxunan: Səhiyyə Nazirliyindən vətəndaşlara XƏBƏRDARLIQ: “Bu mesajlara inanmayın”

47465

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə "WhatsApp" üzərindən "spam" mesajlar göndərilir.

Bu barədə Bizim.Media-ya nazirlikdən bildirilib.

Qeyd edilib ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyi Depo Departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir.

Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.

Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir.

Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər", - deyə nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO