Ruhani: ''İran müharibənin bitməsinə sevinir''

Ruhani: ''İran müharibənin bitməsinə sevinir''

Hazırda oxunan: Ruhani: ''İran müharibənin bitməsinə sevinir''

4746

İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə, Ermənistan və Azərbaycan arasında müharibənin başa çatmasına sevinir.

Bunu İran Prezidenti Həsən Ruhani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Onun sözlərinə görə, İran Dağlıq Qarabağ münaqişəsinə son qoyulması üçün plan hazırlayaraq xüsusi nümayəndəsini Rusiya, Azərbaycan və Ermənistana ezam edib. İran atəşkəsin möhkəmlənməsində konstruktiv rola sahib olmağa hazır olduğunu elan edib.

Ruhani əlavə edib ki, İran və Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi üçün iki ölkənin sərhədlərindən istifadə edilməlidir. Hazırkı şəraitdə iki ölkənin əməkdaşlığı üçün daha əlverişli şərait var. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO