“Omoniya

“Omoniya"nın Bakı səfəri uzun çəkəcək – Oyundan sonrakı gecə...

Hazırda oxunan: “Omoniya"nın Bakı səfəri uzun çəkəcək – Oyundan sonrakı gecə...

47452

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Omoniya”nın səfər proqramı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Kipr təmsilçisi bu gün Bakı vaxtı ilə saat 13:00-da çarter reysi ilə Azərbaycana yola düşəcək.

Nikosiya təmsilçisi saat 20:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda Bakıda ilk və yeganə məşqinə çıxacaq.
 

“Omoniya” sabah qarşılaşmadan dərhal sonra geri dönməyəcək. Gecəni Bakıda keçirməyi qərara alan adalıları Larnakaya aparacaq təyyarə noyabrın 26-da saat 16:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanını tərk edəcək.


Qeyd edək ki, “Qarabağ” – “Omoniya” matçı sabah saat 21:45-də start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO