Dünyaca məşhur amerikalı strimer “Fandy” “Twitch” platformasında canlı yayım zamanı uşaq dünyaya gətirib.
Bizim.Media xəbər verir ki, məşhur strimerin sözügedən yayımını 29 489 nəfər izləyib.
Doğuş zamanı yaxınları və mama-ginekoloq “Fandy”nin yanında olublar.
Bundan əlavə, strimer 8,5 saatlıq yayım zamanı doğuş sancıları çəkməsinə baxmayaraq izləyiciləri ilə söhbət etməyə davam edib. “Fandy” yeni dünyaya gələn övladının adını da izləyiciləri ilə birlikdə seçib və uşağa Luna adı verilib.
Qeyd edək ki, “Fandy” canlı yayımda doğum etməklə “Twitch” tarixində ilkə imza atıb.
Bizim.Media