Operativ Qərargahdan YENİ QƏRAR - Bu qadağa ləğv edildi

Operativ Qərargahdan YENİ QƏRAR - Bu qadağa ləğv edildi

Hazırda oxunan: Operativ Qərargahdan YENİ QƏRAR - Bu qadağa ləğv edildi

47365

Nazirlər Kabineti yanında Operativ Qərargah güləş üzrə Azərbaycan çempionatının keçirilməsinə razılıq verib.

Bizim.Media xəbər verir ki, dekabrın 7-dən 9-dək davam edəcək ölkə birinciliyi milli komandalara seçim xarakteri daşıyacaq.

Bakı İdman Sarayında baş tutacaq çempionatın təqvimi belədir:

Dekabrın 7-də yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kq-da qaliblər müəyyənləşəcək.

Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq.

Növbəti gün klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kq-da medalçıların adına aydınlıq gələcək.

Yarışın son günündə isə 74, 79, 86, 92, 97 və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO