Ərzaq mağazasında benzin satırmış – Əməli üzə çıxdı – FOTO/VİDEO

Ərzaq mağazasında benzin satırmış – Əməli üzə çıxdı – FOTO/VİDEO

Hazırda oxunan: Ərzaq mağazasında benzin satırmış – Əməli üzə çıxdı – FOTO/VİDEO

47312

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu rayonu, Çaparlı kəndində vətəndaş Məmmədov Elşən Bəxtiyar oğluna məxsus “Bəxtiyar market” adlanan ərzaq məhsullarının pərakəndə satışı mağazasında plandankənar yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, xüsusilə də müvafiq razılaşma və icazəverici sənədlər olmadan obyektə bitişik əlavə tikilinin inşa olunduğu, daxilində hər birinin tutumu 10,8 ton olan iki ədəd və 5,5 ton tutumu olan bir ədəd çənin yerləşdirilərək kustar üsulla, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmadan benzin və dizel yanacağının satışının həyata keçirildiyi aşkar olunub.

Qanunvericiliklə nəzərdə tutulan qaydada razılaşdırılmadan inşaat işlərini aparan və icazəsi olmadan yanğın təhlükəli şəraitdə asan alışan mayelərin satışını həyata keçirən ərzaq məhsullarının pərakəndə satışı mağazasının sahibi Məmmədov Elşən Bəxtiyar oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati iş açılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO