İrəvanda qarşıdurma başladı - 18 nəfər polisə aparıldı - VİDEO

İrəvanda qarşıdurma başladı - 18 nəfər polisə aparıldı - VİDEO

Hazırda oxunan: İrəvanda qarşıdurma başladı - 18 nəfər polisə aparıldı - VİDEO

0:00
0:00
47070

İrəvanın müxtəlif rayonlarında keçirilən etiraz aksiyaları nəticəsində 18 nəfər polisə aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a təhlükəsizlik departamentinin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqları üçün gətirilib.

Bazar ertəsi səhər saatlarından etibarən Ermənistan paytaxtında bir sıra siyasi qüvvələrin və ictimai təşkilatların təşkilatçılığı ilə etiraz aksiyaları keçirilir.

Təşkilatçıların sözlərinə görə, aksiyanın məqsədi Ermənistanın maraqlarına zidd olan sərhədlərin demarkasiyası və delimitasiyasına mane olmaq, o cümlədən Ermənistanla Azərbaycan arasında imzalanması nəzərdə tutulan sənədlərin dərc olunmasını tələb etməkdir.

Aksiyalarla əlaqədar paytaxtın bəzi mərkəzi küçələrində nəqliyyatın hərəkəti çətinləşib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO