"Qalatasaray" öz meydanında məğlub oldu

Hazırda oxunan: "Qalatasaray" öz meydanında məğlub oldu

47035

Noyabrın 21-də futbol üzrə Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" doğma meydanda “Fənərbağça”nı qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Kərəm Aktürkoğlu açıb.

Matçın 31-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Mesut Özül hesaba tarazlıq gətirib.
 

Oyunun 90+5-ci dəqiqələrində "Fənərbağça"nın futbolçusu Mikel Krespo komandasının qələbə topunu vurub. Beləliklə, "Fənərbağça" səfərdə "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edib.


Günün digər matçlarında isə "Adana Dəmirspor" səfərdə "Altay"ı 3:1 hesabı ilə üstələyib. "Konyaspor" isə doğma meydanda "Rizəspor"un qapısından üç cavabsız top keçirib.

"Fatih Karagümrük" isə səfər matçında "Kasımpaşa"ya 3:1 hesabı ilə qalib gəlib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 30 xalla "Trabzonspor" başçılıq edir. Ondan dörd xal geri qalan "Hatayspor" ikinci, onunla eyni xala malik olan "Konyaspor" isə üçüncü pillələrdə qərarlaşıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO