Rusiyadan 2 milyon barel dizel ABŞ-a yola düşdü - “Bloomberg”

Rusiyadan 2 milyon barel dizel ABŞ-a yola düşdü - “Bloomberg”

Hazırda oxunan: Rusiyadan 2 milyon barel dizel ABŞ-a yola düşdü - “Bloomberg”

0:00
0:00
46780

Göyərtəsində 2 milyon barel Rusiya dizeli olan dörd tanker ABŞ-a yola düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” yüklərin izlənmə platforması olan “Vortexa”-ya istinadən xəbər yayıb.

Məlumata görə, tankerlər gələn həftə mənzil başına - ABŞ-ın şərq sahillərinə çatacaq.

Hesab olunur ki, bu son 7 ildə ən yüksək həddə çatan pərakəndə yanacaq qiymətlərini aşağı salmağa kömək edə bilər.
 

Qeyd olunur ki, bu dizel yanacağı təbii qazdan alınır. “Vortexa”-nın Hyustondakı şirkətinin idarəedici direktoru “Bloomberg”-ə bildirib ki, Rusiya ucuz təbii qaza çıxış baxımından Avropadan daha yaxşı tədarükçüdür.


Əlavə edilir ki, ABŞ-ın şərq sahillərində dizel qiymətləri 2014-cü ildən bəri ən yüksək səviyyəyə qalxıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO